Dünya

Moldovanın keçmiş prezidenti Dodon cərimələndi

Sharing is caring!

Moldovanın eks-prezidenti İqor Dodon “Müqəddəs Georgi lenti”ni taxdığına görə ona protokol tərtib olunduğunu və təxminən 470 dollar cərimə aldığını bildirib və bu qərara etiraz etməyi planlaşdırdığını qeyd edib.

“Hakimiyyət polisə tapşırıb ki, 9 May faşizm üzərində Qələbə günü tədbirlərində qeyd edilən rəmzlərlə iştirak etdiyim üçün mənim adıma protokol tərtib etsin. Mən ölkə rəhbərliyinin bu sui-istifadəsinə bütün məhkəmələrdə etiraz edəcəyəm. Bu konstitusiyaya zidd qanun nəticədə ləğv olunacaq”, – deyə Dodon “Facebook” hesabında vurğulayıb.

Dodon yazısına protokolun fotosunu əlavə edib. Protokolda bildirilir ki, cinayəti törədən şəxs “hərbi təcavüz aktları, müharibə cinayətləri və bu cür hərəkətlərin təbliği və ya təriflənməsi kontekstində tanınmış simvol olan “Müqəddəs Georgi lenti”ni taxıb”. Sənəddə qeyd edilir ki, Dodonu təxminən 470 dollar cərimə gözləyir.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir