İdman

Türkiyə Kuboku: “Fənər” böyük hesabla növbəti mərhələdə – VİDEO

Sharing is caring!


Futbol üzrə Türkiyə Kubokunda bütün yarımfinalçılar bəlli olub.

1/4 finalın son oyununda “Fənərbağça” doğma meydanda “Kayserispor”u qəbul edib.

Qarşılaşmada ilk qolu Emre Mor vurub. 8-ci dəqiqədəki qoldan 10 dəqiqə sonra D.Kolovetsiosla qonaqlar bərabərliyi təmin ediblər. Hissənin sonuna üç dəqiqə qalmış Emre Mor yenidən “Fənər”i hesabda önə keçirib.

Bundan sonra meydan sahibləri daha iki dəfə fərqləniblər. 58-ci dəqiqədə S.Dursun, 90-cı dəqiqədə isə A.Güler rəqib qapıçını məyus edib.

Beləliklə, “Fənərbağça” bu qələbədən sonra yarımfinalda “Sivasspor”a rəqib olub. 1/2 finalın digər oyununda isə “Başakşehir” və “Ankaragücü” münasibətlərinə aydınlıq gətirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir