Dünya

Böyük Britaniya öz ərazisindən peyklər buraxacaq

Sharing is caring!

Böyük Britaniya öz ərazisindən peyklər buraxmağa başlayacaq.

“Prometey-2” missiyası barədə krallığın Müdafiə Nazirliyindən məlumat verilib.

Radiosiqnallar və görüntü sensorları vasitəsilə monitorinq üçün nəzərdə tutulmuş iki peykin İngiltərənin cənub-qərbindəki Nyuki hava limanından Amerikanın “Virgin Orbit” şirkətinə məxsus “Cosmic Girl” təyyarəsindən “LauncherOne” raketindən istifadə edilməklə orbitə buraxılması nəzərdə tutulur.

Peykin buraxılışı Britaniya ordusunun maraqları üçün həyata keçirilir.

“Kosmik texnologiyalar müdafiə tədbirlərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir və “Prometey-2”nin buraxılması bizim öz kosmik proqramımız yolunda irəliyə doğru növbəti addım kimi səciyyələndirilə bilər”, – deyə Böyük Britaniya müdafiə nazirinin müavini Ceremi Kuin bildirib.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir