Dünya

“Halk” ləqəbli meksikalı futbolçunun meyiti avtomobildə yanmış halda tapılıb

Sharing is caring!

Meksikanın “Çivas” futbol klubunun keçmiş oyunçularından olan “Halk” ləqəbli Antonio Salazarın cəsədi Xalisko şəhərinin El Salto bələdiyyəsi ilə sərhəddə tərk edilmiş bir avtomobildə yanmış halda tapılıb.

Ərazi polisinin verdiyi açıqlamaya görə, Periferiko Nuevoda, su anbarı yaxınlığında tərk edilmiş bir avtomobilin olduğuna dair xəbər alan polis əməkdaşları hadisə yerində yanmış halda meyit aşkar ediblər. İlkin araşdırmalardan sonra meyitin Antonio Salazara aid olduğu müəyyən edilib.

Ön mövqedə oynayan futbolçu karyerasına 2007-ci ildə “Çivas” (“Qvadalaxara”) forması ilə başlayıb. Karyerası boyu dörd fərqli komandaya icarəyə verilən Salazar daha sonra “Quapiles”də oynamağa başlayıb. 7 fevral 1989-cu il doğumlu futbolçu güclü olduğu üçün “Halk” ləqəbini almışdı.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir