Dünya

Ermənistanda koronavirusa yoluxanların sayı 334 mini ötüb

Ermənistanda daha 492 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 334 075 nəfərə yüksəlib.

Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 25 nəfər ölüb. Bununla da ölənlərin sayı 7 278-ə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir