Bölgə

“ŞİRVAN OİL”- də maxinasiyalar- Deputatın adı keçir

Sharing is caring!

Dəfələrlərə bu şirkətdən haqsızlıq və özbaşnalıqlarla bağlı televiziyamıza şikayət daxil olur. Bundan bir neçə vaxt öncə Deputat haqqında olan yazılar heç Milli Məclisin İntizam komissiyası tərəfindən də cəzalandırılmadan, bütün sübutlar görməməzlikdən gəlindi. Yəqin bunların arxası güclüdür ki, ölkə qanunların heçə sayırlar. Özəl şirkət arxasında gizlənərək qanunsuz əməllərini qanuniləşdirirlər.

Prezident Davlyatov & Vitse-Prezident İltizam Yusufov

Cənab Prezident İlham Əliyev: Sizə yazaraq bildiririk ki, dəmir yumruğunuzu ölkə daxilində haqqı tapdalayanların başına elə zərbə endirin ki, etdikləri əməllər burunlarından gəlsin.

Ən vacib məsələ:

Deyilənlərə görə Şirvan Oil və Qarasu əməliyyat şirkətinin prezidenti Vladimir Davlyatov, Deputat və vitse prezident İltizam Yusifov və köməkçisi Taleh Məmmədov hegamonluq edir. Belə ki, yaxın 5 ildə hər iki şirkətdə ümumilikdə 3000 nəfər işçi çalışırdisa, hazırda hər ikisində birlikdə 1500 yaxın işçi işləyir.

Taleh Məmmədov

Məsələ bundan ibarətdir ki, sapı özümüzdən olan baltalar xarici şirkət rəhbərlərinə əvvəl yaltaqlıq edirdi, indi isə şirinlik edərək qazanc yol xəritəsi cızırlar. Neftin bir zaman ucuzlaşmasını proqnoz edən şirin oğlan, şirkətə bağlı yeni şirkət yaradır və bu yeni şirkətdə maaşlar biraz yüksək tutaraq iş stajı çox olan ancaq işdən çıxarmaq istədikləri işçilərə ərizə yazdıraraq köhnə iş yerindən uzaqlaşdırmaqla yeni iş yerində işlə təmin edirlər. Bir müddət sonra bu yeni iş yeri bağlanır və kompensassiya almaq hüququnu itirən işçilər yeni iş yerində məlum müddət olmadığından pulsuz qalaraq, məhkəmə orqanları qarşısında da hüquqlarını müdafiə edə bilmirlər. Heyif. Qazanan yenə xarici nümayəndənin işlətdiyi şirkət oldu.

İş yerlərin ixtisar edirlər lakin bu rəhbər şəxslər prezidenti Vladimir Davlyatov, Deputat və vitse prezident İltizam Yusifov və köməkçisi Taleh Məmmədov ayrı ayrılıqda 3-4 vəzifə maaşı alırlar.

Belə ki, Davlyatov hər iki şirkətin filial rəhbərliyini edir. Yusifov vitse-prezident, Şirvan PAYP- da rəhbər və deputat kimi fəaliyyət göstərir. Taleh Şirvan Oil HİK sədri, analitik informasiya mərkəzinin rəisi, aparıcı mütəxəssis və deputat köməkçisi vəzifəsini daşıyır. Burdan ortaya belə bir sual yaranır, bunlardan başqa mütəxəssis yoxdur? 

Xatırladaq ki, Talehin heç bir ali təhsili yoxdur. Kompyuter kursu bitirib. Davlyatovda burada, mən Bağdadda kor xəlifə prinsipi ilə işləyir. İnsanların haqlarını tapdalayır, narazılıq edənlər də işdən qovulur. Son 3-4 il ərzində məhkəmə müraciətlərinə baxmaq kifayətdir. Heç kəs də məhkəmələrdə məlum səbəblərdən qalib gələ bilmir. Qalib gələnlərə də müəyyən məbləğ verilərək susdurulur. Sanki insanlara öz yerlərində, yurdlarında qul kimi rəftar olunur. Son 3 ildə Şirvan PAYP və SD şirkətləri yaradıldı. Bu şirkətlərin yaranmağı ilə Caspian və Govel şirkətləri ləğv edildi. SOCAR Şirvan geofizika idarəsi ləğv edildi. Yüzlərlə insan işsiz qaldı. Bu şirkətlərin yaranmağına səbəb ( Şirvan payp) şirkətə xeyr gətirmək deyil. Əksinə ucuz keyfiyyətsiz boruları alıb keyfiyyətli borudan da baha qiymətə öz şirkətinə satır. (SD şirkəti) SOCAR-ın, Caspianin qiymətlərindən də baha qiymətə öz şirkəti üçün iş görür.

Bizim istəyimiz, yerli və qara fəhlə olaraq evimizə bir tikə çörək aparmaq arzusundayıq. Onuda əlli yolla əlimizdən alırsınızsa, bir gün o müqəddəs dəmir yumruq inşallah ki, sizində başınıza enər.

İnanıram ki, bizə yazan gizli qalmasını istəyən izləyicimiz bizdən razı qalmışdır. Araşdırmamız davam edəcək. Şikayətinizi dəmir yumruğun sahibinə çatdırdıq.

Qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.

Mənbə: Muğan Tv

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir