“Bir millət, iki dövlət, bir ordu” şüarı ilə indiyə qədər qət etdiyimiz bu yolda işimizi davam etdirəcəyik”. Bu açıqlama ilə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər çıxış edib. O qeyd edib ki, Qafqazda təhlükəsizlik və sülhün yolu Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsinin imzalanmasından keçir. Yaşar Gülər xatırladıb ki, 2023-cü ildə Türkiyə […]
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müvəqqəti təmin tədbirlərinin tətbiqi ilə bağlı Ermənistanın Azərbaycana qarşı məhkəmə işi üzrə bu ölkənin 2023-cü il 21 iyun tarixli tələbini tamamilə rədd edib. Bu barədə Oxu.Az-a Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirib. Belə ki, Avropa Məhkəməsi sərhəd nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması […]
Polis əməkdaşları tərəfindən paytaxtın Qaradağ, Suraxanı, Sabunçu rayonlarında keçirdikləri tədbirlərlə müxtəlif çeşidlərdə 14 000-dən artıq yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, satışı təşkil edən şəxslər məsuliyyətə cəlb ediliblər. Bu istiqamətdə tədbirlər davam etdirilir. Xeberal.az