Dünya

Cennifer Lopesin baş rolda olduğu elmi-fantastik trillerin treyleri yayımlandı – VİDEO

Sharing is caring!




“Netflix” striminq xidməti aktrisa Cennifer Lopesin baş rolda oynadığı “Atlas” adlı elmi-fantastik filmin tam treylerini buraxıb.

Video “Netflix”in rəsmi “YouTube” kanalında mövcuddur.

“Atlas” filminin süjeti birgə sirli keçmişinin olduğu qaçaq robotu izləmək üçün süni intellektlə birləşməli olan Atlas Şeferd adlı tədqiqatçı barədədir. Rollarda, həmçinin Simu Lü, Sterlinq K.Braun, Mark Stronq və digər istedadlı aktyorlar yer alıblar.

Filmin rejissorluğunu “Rempeyc” filmi ilə tanınan Bred Peyton edib, ssenarisi isə məşhur “Qəhrəmanlar” serialındakı işi ilə tanınan Aron Eli Koleyə məxsusdur.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir