Dünya

Xavi Ernandes fikrini dəyişib

Sharing is caring!




“Barselona”nın baş məşqçisi Xavi Ernandes mövsümün sonunda Kataloniya klubundan getmək barədə qərarını dəyişib və 2025-ci ilə qədər komandada qalacaq.

Bu iddia ilə İspaniyanın məşhur “Mundo Deportivo” nəşri çıxış edib.

Bildirilib ki, Xavi tezliklə klub prezidenti Joan Laporta və idman direktoru Deko ilə görüşərək əməkdaşlığın mümkün davamını müzakirə edəcək.

Məlumat üçün əlavə edək ki, Xavinin klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir