Cəmiyyət

“Mənə sual verir ki, ata, niyə az oynadın?” – Ağabala qızının pankart açmasından danışdı + FOTO

Sharing is caring!




“Ümumiyyətlə, qızımın ora gələcəyini bilmirdim. Birdən gözüm pankarta sataşdı, ona baxdım. Bir anlıq olan hər şey gəldi keçdi gözümün önündən”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Səbail”in hücumçusu Ağabala Ramazanov deyib.

Futbolçu “Araz-Naxçıvan”a 2:0 qalib gəldikləri matçda qızının “Xoş gəldin, ata” pankartı açmasından danışıb.

Uzunmüddətli zədədən sonra yaşıl meydanlara qayıdan forvard qızının bəzən oyunlara gəldiyini də açıqlayıb:

“Allaha şükür edirəm ki, yaşıl meydanlara qayıtdım. Bayılda keçirilən matçlarda ara-sıra deyirdim, qızımı oyunlara gətirirdilər. Futbolçu ailəsində olduğu üçün qız da olsa, futbola marağı var. Mənə sual verir ki, ata niyə az oynadın. Deyir ki, istəyirdim “papa, papa” qışqırım”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir