Siyasət

Müstəqilliyimizə səs verdiyimiz referendumdan 32 il keçir

Sharing is caring!


Bu gün Azərbaycanda müstəqillik referendumunun keçirilməsindən 32 il ötür.

Oxu.Az xatırladır ki, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan 1918-ci ilin 28 mayında ilk müstəqilliyini əldə edib. 1991-ci ilin 18 oktyabrında isə müstəqilliyini bərpa edib.

Azərbaycanda 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir