İdman

“Antalyaspor”un baş məşqçisi Nuri Şahin Almaniyada çalışacaq

Sharing is caring!


“Antalyaspor”un baş məşqçisi Nuri Şahin Almaniyada çalışacaq.

35 yaşlı mütəxəssis Dortmund “Borussiya”sının məşqçilər korpusunda yer alacaq. Türkiyəli məşqçi Dortmund təmsilçisinin baş məşqçisi Edin Terziçin köməkçisi vəzifəsini icra edəcək.

Türkiyə millisinin sabiq üzvü olan Nuri növbəti mövsümdən isə “Borussiya”nın baş məşqçisi təyin olunacaq.

Qeyd edək ki, Nuri Şahin “Borussiya”nın yetirməsidir. O, futbolçu karyerası ərzində “Feyenoord”, “Real”, “Liverpul”, “Verder” və “Antalyaspor”da çıxış edib. Nuri Şahinin baş məşqçilik karyerası isə yalnız “Antalyaspor”la bağlıdır. Gənc mütəxəssis 2021-ci ilin oktyabr ayından Super Liqa klubunu çalışdırır.

Mənbə: Ertan Süzgün

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir