Cəmiyyət

Qadın qətlində “öndə olan” bölgələr AÇIQLANDI – VİDEO

Sharing is caring!


2021-ci illə müqayisədə keçən il qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayətlərin sayı artıb.

Xezerxeber.az-ın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin Hüququ Təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadənin sözlərinə görə, ötən il bu rəqəm 51, 2021-ci ildə isə 46 olub.

Qeyd edək ki, cinayəti törədənlər qadınların keçmiş həyat yoldaşları, qeyri-qanuni nikahda yaşadıqları kişilər və yaxın qohumları olur.

Baş məsləhətçi cinayət hadisələrinin daha çox hansı ərazidə baş verdiyinə diqqət çəkib.

Tural Hüseynzadə qeyd edib ki, ötən il 12 iqtisadi rayonu üzrə 269 erkən evliliyin qarşısı alınıb və belə faktlar daha çox Qazax-Tovuz və Lənkəran-Astara zonasının payına düşür.

Mütəxəssis bildirib edib ki, nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb:

“Üzrlü səbəblər müəyyən edildikdən sonra 271 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən nikaha icazə verilib”.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir