Dünya

Fransa şəhər meri nasist salamı verdi – VİDEO

Sharing is caring!




Fransanın Vilnöv-Sen-Jorj şəhərinin meri Filip Qoden şəhər şurasının iclası zamanı nasist salamı verib.

Şuranın iclası zamanı iştirakçılarla salamlaşarkən Qoden nasist salamına aid jestdən istifadə edib. Daha sonra mer etdiyi hərəkətə görə üzr istəyib.

“Mən səhv davrandığımı etiraf edirəm, buna görə üzr istəyirəm”, – o bildirib.

Buna baxmayaraq merin rəqibləri onu istefaya məcbur etmək niyyətindədirlər. Hətta Filip Qodenin maliyyə məsələləri üzrə müavini Emmanuel Ququnyan-Zadiq ona etirazını bildirib.

“Biz hər şeyi öz adı ilə adlandırmalıyıq: bu, antisemit hərəkət idi. Biz istəmirik ki, bizi hələ öz əməlinin ciddiliyini anlamayan bələdiyyə sədri təmsil etsin”, – Ququnyan-Zadiq bildirib.

Mənbə: Le Figaro

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir