İdman

UFC çempionu valideynlərini yanğından xilas edərkən xəsarət alıb: Vəziyyəti ağırdır – FOTO

Sharing is caring!

ABŞ-li əfsanəvi MMA döyüşçüsü, UFC Şöhrət zalının üzvü və ağır çəki üzrə ilk UFC çempionu Mark Koulman hazırda xəstəxanadadır və vəziyyəti ağır olaraq qiymətləndirilir.

İdmançının qızının verdiyi məlumata görə, dünən Markın evində yanğın başlayıb. Həmin vaxt evdə olan Hammer ləqəbli it Markı oyadıb. Yanğını görən kimi o, əvvəlcə valideynlərini xilas edib. Daha sonra iti xilas etmək üçün evə qayıdıb. Təəssüf ki, tüstüdən boğularaq, huşunu itirib. Yanğın zamanı it də ölüb.

Xatırladaq ki, Mark Koulman sərbəst güləş üzrə NCAA tələbə liqasının birinci divizionunun, həmçinin UFC-nin ilk xətti üzrə çempiondur.

Mənbə: Championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir