Dünya

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama: “Nə olduğunu anlaya bilmirəm”

Sharing is caring!




“Mercedes” komandasının pilotu Lyuis Həmilton karyerasının ən uğursuz mövsümünü keçirir.

Məlumata görə, ingiltərəli təcrübəli pilot 17 illik “Formula-1” karyerasında birinci dəfədir ki, mövsümün ilk dörd yarışında altıncı yerdən yuxarı finiş görə bilməyib.

Lyuis Həmilton sonuncu Yaponiya Qran-prisindən sonra açıqlamasında: “Nə olduğunu anlaya bilmirəm, amma tezliklə toparlanacağıma söz verirəm”, – deyib.

Qeyd edək ki, Lyuis Həmilton Yaponiya Qran-prisini doqquzuncu yerdə başa vurub.

Mənbə: Skysports.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir