Dünya

Avropa Parlamenti dünyada ilk süni intellekt qanununu qəbul etdi

Sharing is caring!

Martın 13-də Avropa Parlamenti süni intellekt haqqında qanun qəbul edib.

Bu qanun vətəndaşların əsas hüquqlarına və təhlükəsizliyinə təminat verməlidir.

Müvafiq sənədin lehinə 523, əleyhinə 46 deputat səs verib, 49 nəfər isə bitərəf qalıb.

Qanunun məqsədi innovasiyaları stimullaşdırmaqla yanaşı, fundamental hüquqlar, demokratiya, qanunun aliliyi və ekoloji davamlılığı yüksək riskli süni intellektdən qorumaqdır.

Yeni qaydalara vətəndaşların hüquqlarını təhdid edən bəzi süni intellekt tətbiqlərinə qadağa daxildir.

Qanun həmçinin, müəyyən edilmiş hallar istisna olmaqla, hüquq-mühafizə orqanları tərəfindən biometrik identifikasiya (RBI) sistemlərinin istifadəsini qadağan edir.

Mənbə: eurointegration.com.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir