İdman

Azərbaycan gimnastika millisinin Dünya Kuboku üçün heyəti açıqlanıb

Sharing is caring!


Azərbaycan gimnastika millisinin Niderlandın Alkmaar şəhərində keçiriləcək batut gimnastikası üzrə Dünya Kuboku üçün heyəti açıqlanıb.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, mötəbər yarışda dörd gimnast mübarizə aparacaq.

Bunlar Selcan Mahsudova, Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyevdir. Dünya Kuboku martın 13-14-də təşkil olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir