Cəmiyyət

Yol polisi yükdaşıma fəaliyyəti ilə məşğul olanlara müraciət edib

Sharing is caring!


“Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericiliyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir. Təəssüf ki, ötən həftəsonu bu qayda pozuntusuna yol verdiyinə görə 181 şəxs DYP əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb”.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciətində deyilir.

Qeyd olunur ki, normadan artıq, eləcə də düzgün qablaşdırılmamış yüklərin daşınması yol hərəkəti iştirakçıları üçün real təhlükə yaratmaqla yanaşı, asfalt örtüklü yolların sıradan çıxmasına səbəb olur:

“Yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, təyinatından asılı olmayaraq daşınması həyata keçiriləcək istənilən yükün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş kütlə hədlərindən artıq olmamasını nəzarətdə saxlamaqla qayda pozuntusuna yol verməsinlər, özləri və digər hərəkət iştirakçıları üçün yollarda təhlükə yaratmasınlar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir