Dünya

Moldova Rusiyaya qarşı sanksiyaların 80%-nə qoşulub

Sharing is caring!

Moldova Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların əksəriyyətinə qoşulub. Bunu Moldova baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoy RTV telekanalına müsahibəsində deyib.

“Hesablamalarımıza görə, Moldova sanksiyaların təxminən 80%-nə qoşulub”, – Popşoy bildirib.

Onun sözlərinə görə, bura həm şəxsi məhdudiyyətlər, həm də iqtisadi tədbirlər daxildir.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya Moldova rəhbərliyinin Aİ-nin sanksiyalarına qoşulmaq qərarını növbəti düşmən addımı kimi qiymətləndirir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir