Dünya

Konqres ABŞ-də “TikTok” qadağasını təsdiqlədi

Sharing is caring!

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə “TikTok” sosial şəbəkəsinin mümkün qadağası ilə bağlı qanun layihəsini dəstəkləyib.

Təşəbbüsün məqsədi platformanın Çin tərəfindən idarə olunan istənilən qurum, o cümlədən hazırda “TikTok”a sahib olan “ByteDance” şirkətilə əlaqələrini kəsməkdir.

Konqresin aşağı palatasının 352 üzvü qanun layihəsinin lehinə, 65 konqresmen isə əleyhinə çıxış edib.

Qanunvericilər sosial şəbəkəni satmaq üçün “ByteDance”a altı ay vaxt verməyi təklif edirlər, əks halda “TikTok” ABŞ-də qadağan edilə bilər.

Konqres həmçinin gələcəkdə hər hansı “düşmən tərəfindən idarə olunan tətbiqlər” üçün eyni məhdudlaşdırıcı tədbirlərin tətbiqini təklif edib.

Daha sonra təşəbbüs baxılması üçün ABŞ Senatına göndərilib. Qanun layihəsi qanunvericilər tərəfindən təsdiqlənərsə, Prezident Bayden onu imzalayacaq.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir