Dünya

Tramp məşhur aparıcı ilə bağlı çağırış etdi: “Onu aradan götürün” – FOTO

Sharing is caring!


“Oskar” mükafatının 96-cı təqdimetmə mərasiminin aparıcısı Cimmi Kimmel tarix boyu bu mövqedə ən pis aparıcı oldu”.

Bu sözləri ABŞ-nin keçmiş prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

O, paylaşımında mərasimə görə məsuliyyət daşıyanları Kimmeldən qurtulmağa çağırıb.

“Nə vaxtsa “Oskar”ın təqdimetmə mərasimində Cimmi Kimmeldən daha pis aparıcı olubmu? Kimmeli aradan götürün və onu digər “köhnəlmiş”, lakin ucuz “ABC istedadı” Corc Slopanopulosla əvəz edin”, – deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, Kimmel olmadığı kimi və heç vaxt ola bilməyəcəyi bir insan kimi görünməyə çalışıb. Tramp vurğulayıb ki, illərdir “Oskar”ın təqdimetmə mərasimi qeyri-təkmil, darıxdırıcı və ədalətsiz olaraq qalır.

Donald Tramp təklif edib ki, həqiqətən layiq olanlar mükafatlandırılsınlar. O, hesab edir ki, bu yolla şounun auditoriyası və televiziya reytinqləri düşdüyü “quyudan çıxa bilər”.

Mənbə: NEWS.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir