Dünya

ABŞ-də yeni hipersəs uçuş aparatı sınaqdan keçirilib

Sharing is caring!


ABŞ hipersəs “Talon-A” (TA-1) uçuş aparatını sınaqdan keçirib.

Bu barədə “Stratolaunch LLC” şirkətinin saytında məlumat verilib.

“Stratolaunch LLC” şirkəti “Talon-A”, TA-1 sınaq uçuş aparatının ilk idarə olunan uçuşunun uğurla başa çatdığını məmnuniyyətlə elan edir”, – deyə məlumatda bildirilir.

Şirkət ABŞ Hərbi Dəniz Qüvvələrinin hipersəs uçuşların inkişafı proqramı çərçivəsində müqavilə bağlayıb. Qurğunun havadan təhlükəsiz enişi, mühərrikin işə düşməsi, sürət yığma, yüksəkliyə qalxma və suya idarə olunan eniş üçün sınaqdan keçirildiyi bildirilir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir