Dünya

İki gün ərzində Günəşdə İKİNCİ GÜCLÜ PARTLAYIŞ

Sharing is caring!


Günəşdə iki gün ərzində “M” sinfinə aid ikinci güclü partlayış baş verib.

Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

“Martın 10-da Bakı vaxtı ilə 17:13-də 3599 (S13W38) ləkələr qrupunda rentgen diapazonunda 31 dəqiqə davam edən M7.4 partlayışı qeydə alınıb”, – məlumatda bildirilir.

Qeyd olunur ki, son 24 saat ərzində Günəşdən gələn rentgen şüalarının Yerin ionosferinə təsiri R2 səviyyəsində olub ki, bu da mülayim göstəricidir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir