Dünya

Fransada “Monika” fırtınası tüğyan edir: İtkin düşənlər var

Sharing is caring!


Fransada “Monika” fırtınası səbəbindən ikisi uşaq olmaqla 7 nəfər itkin düşüb.

Qeyd olunur ki, bu, Qar və Ardeşe departamentlərində baş verib.

Dionda körpünü keçmək istəyərkən içərisində evli cütlük, 4 və 13 yaşlı iki uşağın olduğu avtomobili su axını aparıb. Yalnız ana xilas edilib, avtomobil və digər sərnişinlər hələ də tapılmayıblar.

Qudarqada iki nəfər – 47 və 50 yaşlı qadınlar avtomobillə İspaniyaya yollanarkən itkin düşüblər. Sen-Martin-de-Valamas şəhərində bir polis məmuru körpünü keçmək istəyərkən su altında qalaraq itkin düşüb. Daha sonra avtomobil körpüdən 300 metr aralıda boş tapılıb. Sərnişin avtomobildən çıxaraq ağacın üzərinə çıxıb xilas ola bilsə də, sürücü itkin düşüb. Qar departamentində narıncı təhlükə səviyyəsi elan edilib.

Mənbə: Sud Ouest

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir