Siyasət

Paraqvay parlamenti və senatının nümayəndələrinin Qarabağa səfəri başlayıb – FOTO

Sharing is caring!

Paraqvay parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri, Paraqvay – Azərbaycan Dostluq Qrupunun sədri Valter Enrike Harms və Paraqvay Senatındakı Paraqvay-Azərbaycan Dostluq Qrupunun sədri Lukas Akino Xaranın Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfərləri başlayıb.

“Report”un Qarabağ bürosunun məlumatına görə, qonaqlar ilk olaraq Füzuli aeroportunda olublar. Burada qonaqlara aeroportun inşası zamanı ərazinin minalardan təmizlənməsi və inşa müddətinin rekord müddətə – 8 ay ərzində inşa edilərək başa çatdırılması bildirilib. Səfərin davamında qonaqlar Füzuli şəhərində olublar.

Azərbaycan Prezidentinin işğaldan azad edilən ərazilər üzrə xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov qonaqlara Füzuli şəhəri və ümumilikdə işğal olunan ərazilərdə törədilən erməni vandallığı barədə geniş məlumat verib.

Xatırladaq ki, Paraqvay Cənubi Amerikada Xocalı soyqırımını rəsmən tanıyan respublikalardan biri olub. Xocalı faciəsinin tanınmasında bu şəxslərin müstəsna rolları olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir