Dünya

Türkiyə rəsmisi ABŞ dövlət katibinin müavini ilə Cənubi Qafqazda vəziyyəti müzakirə edib

Sharing is caring!


Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar Vaşinqtonda ABŞ dövlət katibinin müavini Kurt Kampbell ilə görüşüb.

Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller açıqlama verib.

Görüş zamanı ABŞ və Türkiyə arasında regional və qlobal prioritetlər üzrə əməkdaşlığın daha da artırılması yolları müzakirə edilib.

Rəsmilər, həmçinin Mərkəzi Asiyada iqtisadi əməkdaşlığa, Cənubi Qafqazda sülhün bərqərar olmasına, Asiyada və digər bölgələrdə birgə fəaliyyət imkanlarına diqqət yetiriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir