Dünya

Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı 112-yə çatıb – VİDEO

Sharing is caring!


Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınları nəticəsində azı 112 nəfər ölüb.

Bu barədə ölkənin Tibbi Ekspertiza İdarəsi məlumat yayıb.

“Biz hesabatın 21:00-a (Bakı vaxtı ilə 04:00) dair məlumatlarını təqdim edirik. Bu vaxta qədər Valparaiso məhkəmə-tibb bölmələrinə 112 nəfərin meyiti daxil olub”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl 99 nəfərin öldüyü bildirilirdi.

Fevralın 2-də Prezident Qabriel Boric yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Bundan əlavə, yanğınsöndürənlərin sərbəst hərəkətini təmin etmək üçün rayon ərazisində saat 08:00-dan 12:00-dək komendant saatı tətbiq edilib. Səlahiyyətlilərin məlumatına görə, yanğın 40 min hektardan çox ərazini əhatə edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir