Dünya

Səudiyyəli qadınlar ilk dəfə olaraq Həcc ziyarətinə kişilərsiz gedə biləcəklər

Sharing is caring!

Səudiyyə Ərəbistanında ilk dəfə olaraq qadınlar Həcc ziyarətinə məhrəm sayılan kişinin müşayiəti olmadan gedə biləcəklər.

Bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, qadınların Həcc və Ümrə ziyarəti üçün təqdim etdikləri elektron formaya müşayiət edən şəxs (ər, qardaş, ata və ya oğul) əlavə edilir. Bununla belə, o da qeyd olunur ki, bu şəxslərin əlavə edilməsi sərbəst xarakteri daşıyır və anketi dolduran qadının öz ixtiyarındadır.

Eyni zamanda vurğulanır ki, müşayiətsiz halda müsəlman qadın həcc ziyarətinə qadın qrupunun tərkibində getməlidir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir