Dünya

Bayden prezidentliyə namizəd olduğunu unutdu: “Pensilvaniya! Məni Konqresə göndərin” – VİDEO

Sharing is caring!


ABŞ Prezidenti Co Bayden Pensilvaniya ştatında baş tutan seçkiqabağı kampaniyasında çaşqınlığa yol verib.

Bayden yenidən prezidentliyə namizədliyini irəli sürdüyünü unudub və seçicilərdən onu konqresə göndərmələrini istəyib.

“Pensilvaniya, sizə sözüm var, məni konqresə göndərin ki, bu hüququ dəstəkləyim. Sizə söz verirəm ki, konqresi geri aldığımız zaman “Rou Ueydə qarşı” (ABŞ Ali Məhkəməsinin 1973-cü ildə qəbul etdiyi qərardır ki, bu qərara əsasən, döl həyat qabiliyyətli olana qədər qadın öz istəyi ilə, o cümlədən tibbi yardımla hamiləliyini dayandıra bilər – red.) qərarını ölkənin qanunu kimi bərpa edəcəyik”, – deyə o, seçicilər qarşısında çıxışında bildirib.

Mənbə: “Citizen Free Press”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir