Dünya

“Dune” filminin Harkonneni rolundan danışdı: “Bu incidirdi” – FOTO/VİDEO

Sharing is caring!


Denis Villnevin “Dune” və “Dune – 2” filmlərində Arrakis hökmdarı, baron “Vladimir Harkonnen” rolunu oynamaq üçün isveçli aktyor Stellan Skarsgard gündə səkkiz saat makiyaj masası arxasında vaxt keçirib.

Bu barədə Hollivud ulduzunun özü danışıb.

“Bu incidirdi, amma dəyərdi”, – deyə aktyor vurğulayıb.

Onun sözlərinə görə, “Dune” filmindəki obrazının arxasında duran əsas ideya Harkonnenin sadəcə ekranda görünməklə insanlarda təəssürat yaratması olub.

“Özü də personaj ekranda daim görünməsə belə təəssürat bütün film boyu qorunmalı idi”, – deyə aktyor vurğulayıb.

Qeyd edək ki, bu, Skarsgardın rol üçün ilk böyük transformasiyası deyil. Belə ki, o, “Karib dənizinin quldurları” filmində “Vill Törner”in (Orlando Blum) atası, “Uçan niderlandlı” gəmisində xidmət edən pirat “Bill” rolunu oynayıb. Personajı yaradarkən Skarsgard onun xarakterinin kompüter qrafikası olmadan yaradılmasında israr edib.

Mənbə: “Koroçe” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir