Dünya

İsrail “Eurovision” üçün nəzərdə tutulmuş mahnısını dəyişəcək

Sharing is caring!


İsrailin “Kan” ictimai yayım korporasiyası ölkəni “Eurovision” musiqi müsabiqəsində təmsil etməli olan mahnının sözləri üzərində işləməyə hazırdır.

Bu barədə “Kan”dan verilən bəyanatda deyilir.

Qeyd edək ki, bu qərar İsrailin kompozisiyasında siyasi komponent görən Avropa Yayım Birliyi (AYB) ilə fikir ayrılıqları fonunda verilib.

İsrail tərəfindən bu il baş tutacaq “Eurovision” müsabiqəsi üçün İsrailin Kfar Sava şəhərində anadan olan, lakin uşaqlığını Rusiyada keçirən və burada musiqi karyerasına başlayan 20 yaşlı Eden Qolanın ifa etdiyi “October Rain” (Oktyabr yağışı) mahnısı seçilib.

Qolan üçün hazırlanan “Dancing Forever” (Əbədi rəqs) adlı başqa bir mahnı da rədd edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir