Dünya

Odessaya dron hücumu nəticəsində yaşayış binası dağılıb: Ölənlər və yaralananlar var – FOTO/VİDEO

Sharing is caring!


Rusiyaya məxsus pilotsuz təyyarə Ukraynanın Odessa şəhərində çoxmərtəbəli yaşayış binasına çırpılıb. Hadisə nəticəsində iki nəfər həlak olub.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi xəbər yayıb.

Məlumata görə, biri uşaq olmaqla daha yeddi nəfər yaralanıb.

Xilasetmə əməliyyatı davam edir, dağıntılar altında 10-a yaxın insanın qala biləcəyi vurğulanıb.

“Axtarışlara kinoloqlar cəlb olunublar”, – deyə DİN-dən bildirilib.

Mənbə: nv.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir