Cəmiyyət

Bakıda 16 yaşlı gənc itkin düşüb

Sharing is caring!


Bakı şəhəri, Sabunçu qəsəbəsi, İ.Aslanov küçəsi, ev 3A ünvanında yaşayan 2007-ci il təvəllüdlü Nicat Məsum oğlu Nəbiyev itkin düşüb.

“Report” xəbər verir ki, N.Nəbiyev avqustun 21-də saat 16 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun yaxınları hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir