Dünya

Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı 96 faizdən 10 faizə düşüb

Sharing is caring!


Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı 96 faizdan 10 faizə düşüb və bu, Rusiyanın seçimi olub.

Bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə müsahibəsində danışıb.

“Müqavilələr imzalanıb, amma yerinə yetirilməyib. Üstəlik Ukraynadakı müharibəni tez-tez vurğulayırlar, lakin bu müqavilələr 2021-ci ilin əvvəlində imzalanıb, 1 ildən çox müddətə çatdırılmayıb və müharibə başlayandan sonra da tədarük edilməyib. Bu, Rusiya Federasiyasının qərarı idi, sonra biz faktlarla üzləşdik və (hərbi-texniki əməkdaşlığı) şaxələndirmək məcburiyyətində qaldıq”, – o bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik sektorunda əsas rolu Fransa oynayır:

“Fransa bizi birinci sinif silahlarla təmin edir. Bu məsələ, başa düşdüyünüz kimi, sükutu sevir və biz aldığımız hər şeyi bəyan edə bilmirik; hərbi-texniki əməkdaşlıq bu istiqamətdə sakit və balanslı işi nəzərdə tutur”.

Mənbə: Erməni KİV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir