Dünya

Nyu-Yorkda yaşayış binasında yanğın: Azı 38 nəfər xəsarət alıb

Sharing is caring!

Şənbə günü Nyu-Yorkun mərkəzində hündürmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində ən azı 38 nəfər xəsarət alıb.

Məlumata görə, Manhettenin mərkəzində evin 20-ci mərtəbəsində baş verən yanğına elektrikli velosiped akkumulyatorunun alışması səbəb olub.

İlkin versiyaya görə, sakinlərdən biri evdə belə avadanlıqların təmiri ilə məşğul olub.

Zərərçəkənlərdən ikisinin vəziyyəti olduqca ağır, daha beş nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Qalan sakinlər isə yüngül xəsarətlər alıblar.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir