Dünya

“Bavariya” “Frayburq”la səfər matçında xal itirdi – VİDEO

Sharing is caring!


Almaniya Bundesliqasında 24-cü turun “Frayburq” – “Bavariya” qarşılaşması “Avropa-Park-Stadion”da keçirilirdi.

Oyunu Sven Yablonskinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edirdi.

“Frayburq”un müdafiəçisi Kristian Günter 12-ci dəqiqədə fərqlənib. 35-ci dəqiqədə “Bavariya”nın hücumçusu Mathis Tell hesabı bərabərləşdirib. 75-ci dəqiqədə yarımmüdafiəçi Camal Musiala qonaqları yenə hesabda irəli çıxarıb. Lakin 87-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Lukas Höhler sülhü təmin edib. Oyun 2:2 hesabı ilə bitib.

“Bavariya” turnir cədvəlində ikinci yerdədir. Komanda 24 oyundan sonra 54 xal toplayıb. “Frayburq” 30 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Almaniya çempionatının turnir cədvəlinə 61 xalla “Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi Bayer başçılıq edir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir