Dünya

Tehranda qadın siyasi məhbuslar Nobel Sülh Mükafatçısına dəstək üçün aksiya keçiriblər – FOTO

Sharing is caring!


Tehrandakı bədnam Evin zindanında cəza çəkən qadın siyasi məhbuslar güneyli hüquq müdafiəçisi, siyasi məhbus və 2023-cü il Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədiyə dəstək məqsədilə oturaq aksiya keçirilər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, buna səbəb həbsxana rəhbərliyinin və İran hökumətinin Məhkəmə Sisteminin Nərgiz Məhəmmədinin atasının dəfn mərasimində iştirakına icazə verməməsi olub. Məhbuslar bu addımı ədalətsiz hesab ediblər.

Qeyd olunub ki, qadın məhbuslar oturaq aksiya zamanı “Xun-e Ərqəvan” mahnısını da oxuyublar.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir