Dünya

Norveçdə hərbi obyektlərin fotolarını çəkən iki rusiyalı həbs edilib

Sharing is caring!

Norveçin Nordland bölgəsində hərbi obyektlərdə çəkiliş aparan iki rusiyalı saxlanılıb.

“Nordland polisi rayonun şimalında iki Rusiya vətəndaşının həbs edildiyini təsdiqləyə bilər. Onlar qanunsuz foto çəkməkdə ittiham olunublar. İstintaq aparılacaq”, – deyə polis vəkili və Şimali Nordland Respublika Prokurorluğunun rəhbəri Steffen Ravnosen bildirib.

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar səbəbindən Rusiya vətəndaşlarına Norveç ərazisində pilotsuz uçan aparatlardan istifadə etmək qadağandır.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir