Dünya

Polşada NATO-nun genişmiqyaslı təlimləri başlayır

Sharing is caring!


Polşada NATO ölkələri silahlı qüvvələrinin iştirakı ilə “Dragon-24” hərbi təlimləri başlayır.

Bu barədə Polşa Ordusunun Baş Qərargahı məlumat verib.

Məlumata görə, təlimlərdə NATO-nun 10 ölkəsindən ümumilikdə 20 minə yaxın hərbi qulluqçu və 3,5 min hərbi texnika, o cümlədən Polşa silahlı qüvvələrinin 15 minə yaxın hərbçisi iştirak edəcək.

Nazirlikdən verilən açıqlamaya görə, təlimdə “quruda, havada və dənizdə qarşılıqlı fəaliyyət və döyüş tapşırıqlarının icrası” sınaqdan keçiriləcək və kiberməkanda hərbi əməliyyatlar aparılacaq.

Təlim NATO-nun 1988-ci ildən bəri ən böyük “Steadfast defender-24” təliminin əsas elementi olacaq.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir