Siyasət

İstanbulda Xocalı soyqırımına həsr olunmuş konfrans təşkil edilib – VİDEO

Sharing is caring!


Azərbaycanın İstanbuldakı baş konsulluğu Xocalı soyqırımına həsr olunmuş konfrans təşkil edib.

Türkiyənin “Haber Global” telekanalının məlumatına görə, faciənin 32-ci ildönümündə təşkil olunan mərasimdə çıxış edənlər 1992-ci ildə Xocalıda baş verənləri ötən əsrin ən qanlı hadisələrindən biri adlandırıblar.

Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva bildirib ki, Xocalı hadisələrinin 17 ölkənin müvafiq orqanları tərəfindən soyqırım olaraq tanınmasına baxmayaraq onun baiskarları hələ də cəzalandırılmayıblar.

Tədbirdə vurğulanıb ki, Türkiyə – Azərbaycan əməkdaşlığı soyqırımı günahkarlarının yaxalanması və ədalət mühakiməsinə verilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Daha ətraflı “Haber Global”ın süjetində: 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir