Dünya

İranda etirazçı qızın zorlandığı təsdiqini tapdı – VİDEO

Sharing is caring!


Xəbər verildiyi kimi, fevralın 20-də “Əli ədaləti” adı ilə tanınan iranlı haker qrupu həyata keçirdiyi mürəkkəb kiber hücumla İran Məhkəmə-Ədliyyə Hakimiyyətinin elektron bazasına nüfuz edib.

“Azad İran” “YouTube” kanalında yayımlanan süjetdə qeyd olunur ki, nəticədə qrup 3 milyondan çox məhkəmə və cinayət işini ələ keçirməyə müvəffəq olub. Eyni zamanda haker qrupu İran Məhkəmə-Ədliyyə Hakimiyyətinin serverlərinə daxil olaraq on minlərlə “məxfi” və “tam məxfi” qrifli sənədi ələ keçirib.

Daha sonra “Əli ədaləti” qrupu xüsusi sayt yaradaraq həmin sənədləri dərc etməyə başlayıb. Sənədlər içərisində biri dərhal istifadəçilərin diqqətini cəlb edib və qısa bir zamanda sosial şəbəkələrin, eləcə də yerli və beynəlxalq medianın gündəminə çevrilib. Söhbət 2022-ci ilin sentyabrında Məhsa Əmininin ölümündən sonra İranı bürüyən xalq etirazları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilən Nika Şakərəmi adlı 16 yaşlı qıza aid “tam məxfi” qrifli sənəddən gedir.

Sənədin üzə çıxması ilə Nika Şakərəminin Tehrandakı etiraz aksiyasında tutulub təcridxanaya aparıldıqdan sonra təkcə müxtəlif təzyiq və işgəncələrə deyil, həm də cinsi təcavüzə məruz qaldığı təsdiqini tapıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir