Dünya

Saakaşvili: “Biliyimi, sağlamlığımı Gürcüstana vermişəm, indi əvəzini istəyirəm” – FOTO

Sharing is caring!

Gürcüstanda keçmiş prezident Mixail Saakaşvilinin cəzasının təxirə salınması və ya cəzadan azad edilməsi ilə bağlı məhkəmə keçirilir.

İclasda distant şəkildə iştirak edən siyasətçi məhkəməyə müalicə aldığı “Vivamed” klinikasından videobağlantı vasitəsilə qoşulub.

Görüş zamanı Saakaşvili səhhətinin son dərəcə ağır olduğunu bildirib və nə qədər arıqladığını nümayiş etdirmək üçün köynəyini yuxarı çəkib.

“Bütün biliyimi Gürcüstana vermişəm… İndi də sağlamlığımı vermişəm və tək xahişim budur ki, mənə adekvat müalicə imkanı versinlər. Lazım olsa, canımdan keçərəm. Vəziyyətim kəskin şəkildə pisləşib”, – deyə eks-prezident bildirib.

İclas zalında Saakaşvilinin ailə üzvləri və tərəfdarları iştirak edirlər. Məhkəməyə müxalif Vahid Milli Hərəkatın yeni sədri Levan Xabeişvili də gəlib.

Bugünkü iclasda müdafiə tərəfinin şahidləri dindiriləcəklər.

Mənbə: Qruziya Online

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir