Dünya

Qazaxıstanda ümummilli seysmik təlim zamanı zəlzələ oldu

Sharing is caring!


Qazaxıstanın Almatı şəhərində seysmik təlim zamanı zəlzələ baş verib.

Bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Zəlzələnin episentri Çində – Almatı şəhərindən 259 km cənub-şərqdə yerləşir. Almatı şəhərində 2 bal gücündə hiss olunan isə afterşokdur. Çində qeydə alınan zəlzələnin gücü 5,2 bal olub”, – deyə qurumun açıqlamasında bildirilir.

Qeyd edək ki, təlimə əsasən, sirenalar səslənəndən sonra qazaxıstanlılar güclü zəlzələ zamanı prioritet hərəkətləri yerinə yetirməli və yaxınlıqdakı qəbul məntəqələrinə təxliyə edilməli idilər.

Tədbir barədə bir gün əvvəldən elan olunmuşdu.

Qazaxıstanda seysmik təlim barədə yanvarın 23-də Almatıda qeydə alınmış 5 bal gücündə güclü zəlzələdən sonra qərar verilib. Prezidenti Kasım-Jomart Tokayev təbii fəlakətdən sonra hökumət qurumlarını şəhərdə çaxnaşma ilə nəticələnən fövqəladə vəziyyətə hazır olmadıqlarına görə tənqid edib və Baş Prokurorluğa erkən xəbərdarlıq sisteminin işləməmə səbəbini araşdırmağı tapşırıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir