Dünya

Yer kürəsində güclü maqnit qasırğaları davam edəcək

Sharing is caring!


Günəşin Yerə baxan tərəfində planetimizdən dörd dəfə böyük olan AR3576 nəhəng günəş ləkələrindən ibarət çoxluq əmələ gəlib.

Məlumata görə, qaralma bölgəsinin eni 200 min kilometrdir.

Günəş ləkələri qrupuna hər biri Yerdən böyük olan ən azı dörd nüvə daxildir. Quruluş o qədər böyükdür ki, onu, hətta Marsdan da görmək mümkündür.

Günəş ləkələri ulduzun səthindəki qaranlıq, daha soyuq ərazilərdir. Onlar tac kütləsinin atılması (CMEs) ilə müşayiət olunan elektromaqnit partlayışları yarada bilər. Günəş partlayışları günəş atmosferində maqnit enerjisi yığıldıqda və güclü elektromaqnit şüalanması kimi buraxıldıqda baş verir.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) alimlərinin fikrincə, güclü maqnit qasırğalarını Yer kürəsində radio rabitəsində ciddi fasilələr yarada və peyklərin işini poza bilər. Güclü maqnit qasırğalarının bir neçə gün davam edəcəyi vurğulanır.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir