Dünya

Moldova Avropa İttifaqına daxil olmanın texniki mərhələsinə başlayıb

Sharing is caring!


Moldova Avropa İttifaqına (Aİ) daxil olmanın texniki mərhələsinə başlayıb.

Bunu respublika baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Kristina Gerasimova bildirib.

“Fevralın 7-də biz Moldovanın Aİ-yə daxil olması ilə bağlı texniki işlərin birinci mərhələsinə qədəm qoyduq. Bizim ölkəmizin müasir tarixində Aİ ilə ən dərin və ən yaxın əlaqələrimiz var”, – o bildirib.

Gerasimova qeyd edib ki, birinci mərhələdə milli qanunvericiliyin Avropa İttifaqının qanunvericiliyinə uyğunluğunun qiymətləndirilməsi aparılıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir