Dünya

Moskvada kollektor turuna gedənlərin taleyinə aydınlıq gətirildi

Sharing is caring!


Xilasedicilər Moskvada Neqlinka çayının yeraltı kollektorlarına qanunsuz ekskursiya keçirən səkkiz iştirakçının hamısını ölü tapıblar.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, axtarış əməliyyatı başa çatıb.

Qeyd edək ki, tur avqustun 20-də baş tutub. Leysan nəticəsində Moskva çayında suyun səviyyəsi kəskin artıb. İstintaq hesab edir ki, ekskursiyaçılar məhz bu səbəbdən qurtula bilməyiblər.

İstintaq çərçivəsində turun təşkilatçısı olduğu iddia edilən Nikita Dubas saxlanılaraq dindirilməyə aparılıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir