Cəmiyyət

Şabranda yerləşən tarixi kilsə məhv olmaq üzrədir – FOTO

Sharing is caring!


Şabran rayonunun Kilvar kəndində yerləşən tarixi kilsə məhv olmaq üzrədir.

Oxu.Az xəbər verir ki, jurnalist Həmid Həmidovun sosial şəbəkədə etdiyi paylaşımdan bunu əyani şəkildə görmək mümkündür.

Kilsənin son vəziyyəti onu deməyə əsas verir ki, Mədəniyyət Nazirliyinin ümumiyyətlə belə bir tarixi-dini abidənin mövcudluğundan xəbəri yoxdur.

Tarixi abidənin ətrafı hasara alınmayıb, tikilinin tarixi əhəmiyyəti barədə məlumat verə biləcək lövhəsi mövcud deyil.  

Görünür kilsənin son vəziyyəti yerli əhalini də narahat etmir. Belə ki, kilsənin yaxınlığında mal-qara üçün tövlə tikilib.

Bir sözlə, yalnız onu deyə bilərik ki, tarixi abidə tarixin ümidinə qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir