Dünya

Dünya xokkeyinin fransalı rəhbəri “yaramaz” adlandırıldı

Sharing is caring!


Xokkey üzrə ikiqat olimpiya çempionu rusiyalı Aleksandr Kojevnikov Qazaxıstanın 2028-ci il dünya çempionatına ev sahibliyi etmək istəyini şərh edərkən Beynəlxalq Xokkey Federasiyasının (IIHF) prezidenti Luk Tardifi yaramaz adlandırıb.

Onun sözlərinə görə, Qazaxıstanın yaxşı infrastrukturu var və uzun müddətdir ki, xokkeyi inkişaf etdirir.

“Heç kim onları bu işdən çəkindirə bilməz. Qazaxıstan xokkey sahəsində irəliləyir, orada yaxşı məktəblər yaranır. IIHF-də çoxlu məmurlar var. Ən başdakı isə fransızdır, təmiz yaramazdır”, – Kojevnikov bildirib.

Qeyd edək ki, 2022-ci ilin yazında IIHF rusiyalı oyunçuların hətta neytral statusda belə beynəlxalq turnirlərdə iştirakına icazə verməyib. Rusiyadan 2023-cü ildə gənclər arasında dünya çempionatının ev sahibliyi etmək hüququ əlindən alınıb. Bu qərarlar məhz Tardifin rəhbərliyilə qəbul edilib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir