Dünya

İranda Quterreşə məktub göndərən Sülh mükafatçısına qoyulan qadağalar uzadıldı – FOTO

Sharing is caring!


Tehrandakı Evin zindanında saxlanılan Nobel Sülh Mükafatının qalibi və güneyli hüquq müdafiəçisi Nərgiz Məhəmmədi ilə telefon əlaqəsi saxlamaq və onunla görüşmək qadağası uzadılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, buna səbəb Nərgiz Məhəmmədinin BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərməsi olub.

Güneyli siyasi məhbusun ailəsi bildirib ki, bu qadağalar fevralın 4-dən götürülməli olsa da, Evin həbsxanasının qadın bölməsinin müdirinin tapşırığına əsasən, məhdudiyyətlərin müddəti uzadılıb və dəqiq tarix qeyd edilməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir